Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2020 18:20
Ən çox səhnə üçün darıxmışam. Səhnəyə çıxmaq istəyirəm.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. Müğənni karantin günlərindən bəhs edib. O bildirib ki, səhnə üçün darıxır və yeni layihələr hazırlayır:
"Karantin bitən kimi 1 saniyədən sonra səhnəyə çıxacam. Yəqin tamaşaçılar məni başa düşür. İzləyicilərimsiz və səhnəsiz yaşaya bilmirəm.
Bütün günü oturub fikirləşdim. Bəzi xasiyyətlərimlə vidalaşdım. Bəzi gözəl xüsusiyyətləri özümə cəlb etdim".