Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2020 22:58
Ölkəmizdə əlil və sağlamlıq imkanları məhdud insanların sosial müdafiəsinin və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində Heydər Əliyev Fondu tərəfindən mühüm işlər həyata keçirilir. Respublikanın digər bölgələrində olduğu kimi, Yevlax rayonunda da bu humanist işlərə dəstək olaraq sosial aksiyalar təşkil edilir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə keçirilən növbəti aksiyada Qarabağ döyüşlərində ağır yaralanmış və müxtəlif səbəblərdən əlil olmuş bir qrup rayon sakininə əlil arabaları hədiyyə edilib. Sosial aksiya zamanı Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları rayon sakinləri - birinci qrup Qarabağ müharibəsi əlilləri Xalid Rəfiyev və Tahir Həsənovun, həmçının şəhid anaları Tərlan Camalova, Siyasət İbrahimova və Anaxanım Zeynalovanın evlərinə gələrək onlara əlil arabaları təqdim ediblər.
Əlillər onlara göstərilən diqqətə görə Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.