Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2020 17:22
Almaniya milli komandasının və "Volfsburq" klubunun müdafiəçisi Yannik Gerhardt koronavirus pandemiyasından sonra ilk məşqində ciddi zədə alıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, futbolçu üz sümüklərindən birini sındırıb.
26 yaşlı Y.Gerhardtın meydanlara nə zaman qayıdacağı məlum deyil.
Qeyd edək ki, pandemiya ilə əlaqədar təxminən iki aylıq fasilədən sonra futbol üzrə Almaniya çempionatı mayın 16-da bərpa olunacaq.