Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yorğun'' qaraciyərin 5 təbii dərmanı

''Yorğun'' qaraciyərin 5 təbii dərmanı

Tarix: 11 May 2020 23:15

Daimi səbənsiz yorğunluq və süstlük qaraciyərin fəaliyyətində pozulmalara işarə edə bilər. Qaraciyər orqanizmin əsas detoksikasiya orqanlarından biridir.

Qaraciyərin funksiyası zəiflədikdə, orqan "yorulduqda" orqanizmdə toksiki maddələr yığılmağa başlayır ki, nəticədə insan özünü daim gücsüz və yorğun hiss edir.

Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, Freundin jurnalının ekspertləri qaraciyərin funksiyasını yaxşılaşdırmaq üçün qidalanmaya bəzi məhsulları əlavə etməyi tövsiyə edirlər. 

- Ənginar ödün ifrazını artırır, yağlı qidaların həzmini yaxşılaşdırır, qanda lipidlərin miqdarını və qaraciyərin piylənməsi riskini azaldır.

- Çuğundur pektinlərlə zəngindir. Bu maddələr təbii olaraq orqanizmi toksinlərdən təmizləyir, qaraciyərin funksiyasını yaxşılaşdırır. Həmçinin çuğundurda betain maddəsi var. Betain orqanizmdə və o cümlədən qaraciyərdə iltihabları azaldır.

- Kələmin istənilən növləri (gül kələmi, qırmızı kələm, brüssel kələmi) qaraciyəri və bağırsaqları yaxşı təmizləyir, maddələr mübadiləsi proseslərini yaxşılaşdırır.

- Kahı orqanizmi təmizləyir, toksinlərin xaric edilməsi proseslərini stimullaşdırır.

- Sarıkök ödün ifrazını artraraq yağların həzmini asanlaşdırır, metabolik proseləri sürətləndirir. Həmçinin sarıkök qaraciyərdə bərpa proseslərini stimullaşdırır, iltihabları azaldır.


Etiketlər:  Yorğun qaraciyərin təbii dərmanı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ