Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2020 10:54
Tibbi maska yoluxmadan qorumur, amma kimdə ki xəstəlik var başqa adama ötürülməsinin qarşısının alınmasında çox böyük rolu var.
Bunu Sonxeber.net-a açıqlamasında infeksionist Mahirə Qədirova deyib.
O, COVİD-19 virusundan qorunmaq məqsədi ilə maska taxmağın yanlış düşüncə olduğunu bildirib:
"Tutalım ki, mən sağlamam, heç kimi yoluxdura bilmərəm. Amma siz tutaq ki, xəstəsiniz, siz maska taxmaqla 70% kimisə yoluxdurmq riskini azalda bilərsiniz. Mən maska taxanda nəfəs alıram, yenə də hava çıxır. Amma maskada olan məsafə virusun ölçüsündən qat-qat çoxdur. Virus ondan keçə bilər. Amma mən öskürəndə, asqıranda virus o maskadan keçməyəcək. Yəni, maska kifayət qədər onun qabağını alacaq. Çünki biz bilmirik özümüz bu saat xəstəyik, yoxsa yox. Biz maskanı özümüz üçün taxmırıq, biz maskanı camaat üçün taxırıq ki, onları yoluxdurmayaq. Daşıyıcı ola bilərik və bizim bundan xəbərimiz olmaya bilər. Ölkədə son günlər koronavirusa yoluxanların sayının artmasını karantin rejimininin yumşaldılması ilə bağlayıram.
Sosial məsafə də çox önəmlidir. Camaatın sıxlığı nə qədər az olsa, sözsüz ki, ötürülmə az olacaq. Amma burada məntiq bilirsiniz nədədir? - Biri var yoluxma birdən-birə artır. Səhiyyəyə də çox yük düşür, həkim, tibbi vəsait çatışmazlığı və s. Amma biri də var ki, tədricən, az-az yoluxan olur. O zaman sağalan da olur, xəstəxanalrda yerlər boşalır. Ona görə də karantin, sosial məsafə, metroda, avtobuslarda sıxlığın olmaması çox rol oynayır.
Statistikaya görə, koronavirus yaşlılara daha çox təsir edir. Yoluxan uşaqların sayı çox azdır. Onlar xəstələnəndə də, daha yüngül keçirirlər. Ona görə burada biz daha çox yaşlıları qorumalıyıq. Uşaqlar xəstələnməsə də o virusun daşıyıcısı ola bilərlər. Ona görə də uşaqları yaşlıların yanına buraxmamaq lazımdır. Çünki uşaqlar harasa valideyni ilə gedərsə, yaxud oynamaq üçün bir qrup adam içində olarlarsa, virusa yoluxub onu evə gətirə bilərlər".
Təhməz Əsəd