Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfir: “Total” gələcəkdə Azərbaycana böyük məbləğdə vəsait qoymağa hazırdır

Səfir: “Total” gələcəkdə Azərbaycana böyük məbləğdə vəsait qoymağa hazırdır

Tarix: 12 May 2020 12:40

Bakı. Ləman Zeynalova - Trend:

Fransanın “Total” şirkəti gələcəkdə Azərbaycana böyük məbləğdə vəsait qoymağa hazırdır.

Bunu Trend-ə Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib.

Səfir bildirib ki, 2021-ci ildə iqtisadiyyatın bərpası gözlənilir: “Əlbəttə ki, energetika artımın strateji aktivi olaraq qalacaq. Mən əminəm ki, Azərbaycanın həm də Avropanın aparıcı enerji tərəfdaşı qismində parlaq gələcəyi var”.

Z.Qrossun sözlərinə görə, Azərbaycan külək və günəş enerjisi sahəsində böyük potensiala malikdir: “Bunun üçün bərpa olunan enerji mənbələrinin inkişafı strategiyası, müvafiq qanunvericilik, elektrik şəbəkələrinə investisiyalar və bu sahədə böyük təcrübəyə malik beynəlxalq tərəfdaşlar lazımdır”.

Fransalı səfir əlavə edib ki, Fransanın “Total-Eren” və “Lucia-Quadran” kimi şirkətləri Azərbaycana investisiya qoymağa maraq göstərib: “Hesab edirəm ki, “Total” gələcəkdə Azərbaycana iri məbləğdə vəsait qoymağa hazırdır. Sual ondadır ki, SOCAR “Total” ilə mövcud tərəfdaşlığı genişləndirmək və birgə kapital yerləşdirmək istəyir, yoxsa bunu müstəqil şəkildə edə biləcək?”.


Etiketlər:  Səfir Total gələcəkdə Azərbaycana böyük məbləğdə vəsait qoymağa hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ