Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2019 09:18
Bakı. Elnur Bağışov - Trend:
İran tezliklə "peyman" adlı kriptovalyutasını dövriyyəyə buraxacaq.
Trend-in məlumatına görə, bunu İran Milli Bankının icraçı direktoru Məhəmməd Rza Hüseynzadə deyib.
M.Hüseynzadənin sözlərinə görə, peyman kriptovalyutası İranın "Milli", "Millət", "Parsian", "Pasargad" bankları və "Qoqnus" özəl şirkəti ilə birgə istehsal olunub.
İcraçı direktor əlavə edib ki, kriptovalyutanın istifadəyə verilməsi üçün ilkin işlər həyata keçirilib:
“Kriptovalyuta ilk mərhələdə əmlak alqı-satqıları üzrə işə başlayacaq və tədricən bütün sahələri əhatə edəcək” .
Qeyd edək ki, İran kriptovalyuta dövriyyəyə buraxacağı ilə bağlı yanvarın sonlarında rəsmi açıqlama yayıb.
İran kriptovalyutası 2 kq qızılın dəyərinə hesablanıb. Ay ərzində bazarın ehtiyacına əsasən 600 milyon peymanın dövriyyəyə buraxılması nəzərdə tutulur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin