Tarix: 12 May 2020 20:52
“Keşlə”nin sabiq baş məşqçisi, hazırda “Vorskla”nı çalışdıran Yuri Maksimov Ukrayna klubu ilə müqaviləni uzadıb.
Qol.az xəbər verir ki, bunu ukraynalı mütəxəssisin meneceri Maksim Karaqodin sosial şəbəkə hesabında paylaşıb. 51 yaşlı mütəxəssisin yeni sözləşməsi bir illikdir.
Qeyd edək ki, ötən ilin noyabrında “Vorskla”ya baş məşqçi təyin olunan Maksimov 2017-2018 mövsümündə “Keşlə”ni çalışdırıb. O, paytaxt klubuna Azərbaycan kubokunu qazandırıb.