Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 03:32
Bakı. Trend:
"İnstaqram" sosial şəbəkəsi internetdə virtual münaqişələr ehtimalını azaltmaq üçün şərhlərlə bağlı bir sıra yeniliklər tətbiq edir.
Trend-in məlumatına görə, bu barədə "Facebook" şirkətinə məxsus sosial şəbəkənin press-relizində xəbər verilir.
"İndi bir anda çox şərh silə, bir neçə nəfəri blok edib əlaqədə məhdudlaşdıra bilərsiniz. Ayrıca "İnstagram"da kimlərin sizi publikasiyalarda və ya şərhlərdə qeyd edə biləcəyini təyin etmək imkanını əldə edəcəksiniz", - məlumatda bildirilir.
İstifadəçilər dərc altında 25-ə qədər şərhi qeyd edib bir kliklə silə və bu şərhlərin müəlliflərini blok edib, bəyəndikləri şərhləri ilk başda görünməsi üçün niçanlaya biləcəklər.