Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 11:10
Müğənni Manaf Ağayev canlı yayımda göz yaşlarını saxlaya bilməyib.
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, ATV telekanalında yayımlanan''Şou Atv'' verilişinin qonağı olan ifaçı maraqlı açıqlamalar edib. Daha sonra verilişdə Manaf Ağayev haqqında süjet yayımlanıb. Süjetdə Ağayevin bacısının onun haqqında səsləndirdiyi fikirlər ifaçını kövrəldib.
O, Füzuli rayonunun ermənilər tərəfindən işğal olunmasını, onların məcbur atalarının məzarını qoyub kəndi tərk etmələrindən söz açıb. Bundan başqa ifaçının bacısı 16 il qaçqın yataqxanasında yaşadıqları çətin günlərindən və analarının ağır xəstəliyindən də danışıb.
Bunları dinləyən Ağayev kövrək anlar yaşayıb.