Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 11:12
Millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Foneks Risinq" klubu məşqləri bərpa edib.
Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, komanda hazırlığı kiçik qrup şəklində gərçəkləşdirib.
Məşqdən öncə oyunçuların temperaturları yoxlanılıb. Daha sonra futbolçular fiziki və toplu çalışmaları yerinə yetirib.
Qeyd edək ki, ABŞ-da MLS və USL çempionatları martın 13-də dayandırılıb.