Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu, dövrümüzün ən böyük facisəsidir'' - Səməd Seyidov

''Bu, dövrümüzün ən böyük facisəsidir'' - Səməd Seyidov

Tarix: 13 May 2020 15:30

"Bütün dünya bu günlərdə faşizm üzərində qələbənin 75 illiyini qeyd edir. Ancaq təəssüflər olsun ki, qələbəni qeyd etdiyimiz zaman heç də uzaqda yox, bizim yerləşdiyimiz bölgədə, bizim torpaqlarımızı işğal etmiş ölkə məhz həmin ideologiyanı hələ dövlət səviyyəsində öz ideologiyası kimi təqdim edir".

Bunu Sonxeber.net-a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

O, Ermənistanın faşizm ideologiyasını gizlətmək cəhdlərini faciə adlandırıb:

"Ən böyük faciə, ən böyük təhlükə də dünyaya ondan ibarətdir ki, 75 il bundan əvvəl insanlığa qarşı cinayət törədən faşist Almaniyası onu gizlətmirdi, öz siyasəti kimi dünyaya təqdim edirdi. Yəhudiləri qıraraq, torpaqları işğal edərək, insanlığa qarşı cinayətlər törədərək bunu dünyaya öz ideologiyasının nəticəsi kimi təqdim edirdi. Ancaq bu gün bizim torpaqlarımızı eyni cinayəti törədərək işğal edən, Xocalı soyqırımını törədən, bizim regionda etnik təmizləmələr aparmış və insanlığa qarşı cinayətlər törədən Ermənistan, bu faşist ideologiyasını demokratik libasın içərisinə geyindirmək cəhdləri göstərir, cinayətləri gizlətmək istəyir. Bax, budur ən böyük faciə. Bizim dövrümüzün ən böyük faciəsidir ki, faşizm ideologiyasını yeridərək onu gizlətmək və başqa bir ideologiyanın içərisinə daxil edərək dünyaya təqdim edib öz cinayətlərini nəinki, ört-basdır etmək siyasətini aparır, hətta faşist ideologiyasına XXI əsrdə bəraət qazandırmaq cəhdlərini ortaya qoyur".

Səməd Seyidov Ermənistanda faşizmin dövlət siyasəti səviyyəsinə qaldırıldığını faktlarla sadalayıb:

"Belə olmasaydı Qaregin Njdeyə (Bolqarıstanda o illərdə yaşayan və "III Reyx" kəşfiyyatı ilə əlaqə yaradan Qaregin Njde 1918-1920-ci illərdə təkcə türkləri qırmaqla kifayətlənməyib. II Dünya Müharibəsi illərində onun əsas hədəfi ruslar, ukraynalılar, belaruslar, yəhudilər və gürcülər də olub - red) heykəl ucalmazdı. Belə olmasaydı, qonşu ölkənin torpaqlarını işğal edib, etnik təmizləmələr aparıb Xocalı soyqırımını törətdikdən sonra Avropa ya dünya səhnəsinə çıxa bilməzdi. Elə olmasaydı, öz babası faşist ideologiyasının ən qəddar bölməsininin içində fəaliyyət göstərən quruma xidmət etməzdi. Xəta bundan ibarətdir. Söhbət yalnız hansısa faktın açılmasından getmir, söhbət hətta heykəl ucaldılmasından da getmir. Onlar bununla artıq özləri-özlərini ifşa etdilər. Söhbət ondan gedir ki, faşistlərə heykəl ucaldaraq, nəsilliklə faşistlərə xidmət edərək, cinayətlər törədərək bu cinayətlərə bəraət qazandırmaq və bu cinayətləri gizlətmək, bununla da dünyanın tamamilə başqa bir tərzdə inkişafına, gedişatına təkan vermək cəhdlərini göstərirlər. Ən böyük xəta budur".

"Hesab edin ki, bu, sağlam bədəni xəstəliyə yoluxdurmaqdır. Ancaq xəstələnmiş bədəni xəstə deyiləm sözləriylə ölümə sürükləməkdir. Yəni, xəstəlikdən müalicə olunmaq üçün onu müalicə etmək lazımdır. Necə ki biz 75 illiyi qeyd edərək deyirik ki, faşizm bir xəstəlikdir və buna qarşı müalicə, mübarizə, hətta müharibə elan olunmalıdır ki, biz bu "xəstəlik"dən azad olaq. Ancaq ermənilər bu xəstəliyi, bu infeksion vəhşi, yer kürəsinə yayılmış bir vəbanı gizlədib normal bir məsələ kimi təqdim etmək istəyirlər. Bax, buna qarşı biz fəaliyyət göstərməliyik. Cənab Prezidentin son illər gördüyü işlər onu ehtiva edir ki, ermənilərin iç üzünü açıb dünyaya təqdim etmək yönündə fəaliyyət göstərilməlidir. Bu son hadisələr də bunu sübut etdi", - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri bildirib.

Təhməz Təkin


Etiketlər:  dövrümüzün böyük facisəsidir Səməd Seyidov


RƏYLƏR