Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Muzdlu işçilərə və fərdi sahibkarlara növbəti mərhələdə 42 milyon manatdan çox vəsait ödəniləcək

Muzdlu işçilərə və fərdi sahibkarlara növbəti mərhələdə 42 milyon manatdan çox vəsait ödəniləcək

Tarix: 13 May 2020 15:48

İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 91.81 mln. manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 42,77 mln. manat təşkil edir.

Bu barədə İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir.

Qeyd edilir ki, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, 12 may tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 27.065 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 103.268 fərdi (mikro) sahibkar, cəmi 130.333 vergi ödəyicisi müraciət edib.

Naizrlikdən bildirilib ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 201.000 işçini əhatə edən 22.852 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 91.81 mln. manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 42,77 mln. manat təşkil edir. Mayın 12-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 21.985 vergi ödəyicisinə 193.564 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 43,83 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 103.268 vergi ödəyicisindən müraciət daxil olub, 94.490 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 56,13 mln. manat təşkil edir. Mayın 12-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 53,4 mln. manat vəsaitin 88.873 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin "195" Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.


Etiketlər:  Muzdlu işçilərə fərdi sahibkarlara növbəti mərhələdə milyon manatdan çox vəsait ödəniləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ