Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 17:44
Azərbaycanla İran arasında mehriban qonşuluq və dostluq münasibətləri mövcuddur. Koronavirus pandemiyası dövründə də bu münasibətlər davam etdirilir və virusa görə iki ölkə arasında sərhədlərin bağlanması, vətəndaşların qarşılıqlı keçidinin təmin edilməsi ilə bağlı danışıqlar nəticəsində anlaşma əldə edilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
H.Hacıyev bildirib ki, Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" su qovşaqlarının və su elektrik stansiyalarının tikintisi məsələsinə həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm İran tərəfindən aydınlıq gətirildi: "Ölkələrimiz arasında qarşılıqlı anlaşma, dialoq şəraitində də bu istiqamətdə müzakirələr aparılıb".