Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Leyla Abdullayeva: Azərbaycanın heç bir diplomatik nümayəndəsi koronavirusa yoluxmayıb

Leyla Abdullayeva: Azərbaycanın heç bir diplomatik nümayəndəsi koronavirusa yoluxmayıb

Tarix: 13 May 2020 18:22

"Azərbaycanın xarici ölkədə olan diplomatik korpus nümayəndələrində koronavirus aşkarlanmayıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifində Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

O bildirib ki, Azərbaycanın xaricdə olan diplomatik nümayəndələri karantin qaydalarına tam əməl edirlər: "Sevindirici haldır ki, nə diplomatik nümayəndələrimiz, nə də onların ailə üzvlərindən bu virusa yoluxma ilə bağlı bu günə qədər heç bir məlumat daxil olmayıb. Bu vaxta qədər heç bir nümayəndəmiz və ya onların ailə üzvlərindən kimsə ölkəyə qayıtmayıb. Həmçinin, ölkəmizdəki diplomatik korpusların nümayəndələri arasında da koronavirusa yoluxma halı aşkar edilməyib".

Milli.Az


Etiketlər:  Leyla Abdullayeva Azərbaycanın heç bir diplomatik nümayəndəsi koronavirusa yoluxmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ