Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyanın erməniçilik sindromu faşizm və qəddarlıqla sintezlik təşkil edir - Bəhruz Quliyev

Paşinyanın erməniçilik sindromu faşizm və qəddarlıqla sintezlik təşkil edir - Bəhruz Quliyev

Tarix: 13 May 2020 20:09

Nəzərə alarsaq ki, Ermənistanın istər dövlət rəmzlərində, istərsə də müxtəlif siyasi təşkilatlarının atributikalarında faşizm çalarları mövcuddur, bu zaman bütövlükdə erməniçilik xislətində faşizm ideologiyasının kök saldığı qənaətinə gələ bilərik.

Bu fikirləri Trend-ə "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Ermənistanın baş naziri Nikol Paşinyanın babasının İkinci Dünya Müharibəsi zamanı Hitler Almaniyasının hərbi legionunda xidmət etməsi və sovet qoşunlarına qarşı döyüşərək öldürülməsi faktını şərh edərkən deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan guya babası Nikolun "qəhrəmancasına" həlak olması barədə fikir bildirərkən, əslində özü-özünün ifşasına səbəb olub:

"İfşa faktlarını məhz ermənilərin "İrvanuk" qəzeti araşdıraraq ictimailəşdirdi. Məlum oldu ki, bu adam satqınlıq edərək düşmənlə iş birliyinə gedib, üstəlik xüsusi erməni legionunda fəallıq göstərib. Bu fakt isə kimsədə təəccüb yaratmamalıdır. Çünki daha bir danılmaz fakt budur ki, Ermənistanın paytaxtında və digər bölgələrində faşist Almaniyasının SS birləşmələrinin generalları - "Njde" ləqəbli Qaregin Ter-Arutyunyan və "Dro" ləqəbli Drasmat Kanayanın heykəlləri ucaldılıb. Məhz bu cəhətdən də deyə bilərik ki, Nikol Paşinyan və bütövlükdə Ermənistan dövləti faşizmə olan rəğbətini bariz şəkildə sərgiləyir".

"Nikol Paşinyanın faşist ideologiyasına rəğbətini gizlətməməsi və ya faşist legioneri olan babasını sovet döyüşçüsü kimi təqdim etməsi cəhdinin ifşası bilavasitə erməniçilik sindromunun qəddarlıqla sintezlik təşkil etdiyini isbatlamış olur" - deyən siyasi ekspert daha bir mühüm xatırlatmanı edib:

"Hələ 2019-cu il oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini diqqətə çatdıraraq bu reallığı bir daha dünyaya bəyan etmişdi. Dövlətimizin başçısı Ermənistanda belə halların baş verdiyini vurğulayarkən bildirmişdi ki, orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub və MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. Göründüyü kimi, həmin mənfur siyasət bu gün də davam edir və hətta ölkənin başçısının babası üçüncü Reyxə nökərçilik edib. Hesab edirəm ki, bu gün dünya birliyi tərəfindən təcavüzkar ölkə kimi tanınan Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin kökündə terrorçuluq, faşizm ideologiyası dayanmaqdadır. Bu baxımdan, Nikol Paşinyanın və legioner babasının ifşası diqqətə alınmalı və dünya birliyi, müvafiq beynəlxalq insan haqları təşkilatları tərəfindən sərt şəkildə qınanmalıdır. Bir daha sübut olunmalıdır ki, faşizm xəmiri ilə, terrorçuluq mayası ilə yoğrulmuş erməniçilik - ultramillətçilik ideologiyası yalnız azərbaycanlılara qarşı deyil, digər xalqlara, millətlərə qarşı da təhlükə yarada bilər".


Etiketlər:  Paşinyanın erməniçilik sindromu faşizm qəddarlıqla sintezlik təşkil edir Bəhruz Quliyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ