Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 21:08
Müqavilə ilə "Barselona"ya məxsus olan, hazırda icarə əsasında "Valyadolid"də oynayan Mateus Fernandes koronavirusa yoluxub.
Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Onunla birgə "Valyadolid"in daha iki futbolçusunda pandemiya aşkarlanıb. Həmin şəxslərin adları açıqlanmayıb.
Qeyd edək ki, Kataloniya təmsilçisi qışda Fernandeslə müqavilə imzaladıqdan sonra onu "Valyadolid"ə icarəyə göndərib.