Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2019 12:36
Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Trend-in məlumatına görə, görüş zamanı ikitərəfli münasibətlərlə bağlı məsələlər müzakirə olunub.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, tərəflər arasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmayıb:
“Dağlıq Qarabağ məsələsinə toxunulmayıb. İkitərəfli münasibətlərlə və ticari-iqtisadi əməkdaşlığın müxtəlif aspektləri ilə bağlı ətraflı danışıqlar baş tutub”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin