Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 08:28
Bakı. Trend:
Qırğızıstanda sutka ərzində koronavirus infeksiyası (COVID-19) diaqnozu qoyulmuş 9 nəfər xəstəxanalardan evə buraxılıb.
Trend-in məlumatına görə, bu barədə Hökumət Evində keçirilən brifinqdə səhiyyə nazirinin müavini Madamin Karatayev bildirib.
Onun sözlərinə görə, 5 nəfər Bişkekdə, 1 nəfər Narın vilayətində, 1 nəfər Oşda, 2 nəfər isə Oş vilayətində yerləşən xəstəxanalardan evə buraxılıb:
"Onların etdiyi təkrar testlər mənfi nəticələr göstərib. Ümumilikdə ölkədə 735 vətəndaş COVID-19-dan sağalıb, onlar hamısı evlərinə göndərilib".