Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FİFA20 2-ci Liqasına düşmə şansı - Bu oyunun yaradanını axtaranları gözləyirik!

FİFA20 2-ci Liqasına düşmə şansı - Bu oyunun yaradanını axtaranları gözləyirik!

Tarix: 14 May 2020 11:34

Ölkənin bütün kiberfutbol həvəskarlarının nəzərinə!

“Gaming League Azerbaijan” FİFA20 oyunu üzrə, ilk rəsmi Azərbaycan çempionatının 2-ci liqasının seçmə mərhələsini elan edir! Əgər sən də özünü güclülər sırasında görürsənsə və bu oyunun yaradanını axtarırsansa, o zaman vaxt itirmədən qeydiyyatdan keç.

Bunun üçün isə @glahub instagram və Gaming League Azerbaijan facebook səhifələrinə daxil olmaq kifayətdir. “Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Azərbaycan Gənclər və İdman nazirliyi, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi, eləcə də "Topaz"ın birgə təşkil etdiyi liqada ilk 3 pillənin sahibləri mükafatlar qazanmaqla yanaşı, FİFA20 1-ci Liqasına vəsiqə əldə edəcəklər.
 
May ayının 24-ü, saat 12:00-da start götürəcək seçmə mərhələnin sonunda ən yaxşı nəticə göstərən 20 iştirakçı 2-ci liqada iştirak etmə şansı qazanacaq. Oyunlar “online” şəkildə, olimpiya sisteminə uyğun keçiriləcək. Bacarığını Playstation salonlarında göstərmək dövrü bitdi. Artıq ən güclü kiberidmançıları bütün ölkə tanımalıdır! Oyunçu aparsın!
https://www.instagram.com/glahub/
https://www.facebook.com/glahub/

 


Etiketlər:  FİFA20 2 ci Liqasına düşmə şansı Bu oyunun yaradanını axtaranları gözləyirik


RƏYLƏR