Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 12:30
Azərbaycan kubokunda mübarizəni davam etdirən “Qəbələ” koronavirus pandemiyası ilə bağlı fasilə başa çatdıqdan sonra yarımfinal sınağına çıxacaq.
Qol.az klubun saytına istinadən xəbər verir ki ,bu turnirdə 15-ci mövsümünü keçirən “qırmızı-qaralar”ın 195 üzvü kubok qazanmaq iddiası ilə meydana çıxıb. Onlar arasında mütləq rekord Urfan Abbasova məxsusdur. O, 28 kubok matçının iştirakçısıdır. Vojislav Stankoviç də 20-dən çox oyun keçirməyi bacarıb. Onun aktivində 21 görüş var. İlk “üçlüy”ü Cavid Hüseynov qapayır – 19 oyun.
“Qəbələ”nin heyətində ən çox kubok matçı keçirən futbolçular
1. Urfan Abbasov - 28
2. Vojislav Stankoviç - 21
3. Cavid Hüseynov - 19
4-5. Elvin Camalov - 18
Samir Zərgərov - 18
6. Dmitri Bezotosnı - 17
7. Asif Məmmədov - 16
8. Dodo - 15
9. Azər Həşimov - 14
10-11. Viktor Mendi - 13
Qismət Alıyev - 13
12-13. Rafael Santos - 12
Turnike Aptsiauri - 12
14. Əli İsmayılov - 11
15-17. Filip Ozobiç - 10
Rəhman Əzizov - 10
Elnar Kərimov - 10