Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 14:45
Azərbaycan epidemioloji problemin həllinə strateji yanaşma sərgilədi. Bu vəziyyət ölkədə müəyyən dərəcədə nəzarət altındadır.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "EurActiv" portalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanda görülən tədbirlərin və qərarların əksəriyyəti, xüsusilə də karantin rejiminin tətbiq olunması, preventiv xarakter daşıyırdı.
H.Hacıyev bildirib ki, ölkədə koronavirisun müəyyənləşdirilməsi üzrə 24 laboratoriya var və burada hər gün 7 minə yaxın test keçirilir.
Koronavirusun səbəb olduğu sosial-iqtisadi çətinliklər barədə danışan H.Hacıyev deyib ki, hökumət dövlət və özəl sektorun vəziyyətini yaxşılaşdırmaq üçün 3 milyard manata yaxın iqtisadi paket səfərbər edib.
O əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Gebreyesus Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda Azərbaycanın atdığı addımları nümunəvi adlandırıb.