Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2019 14:20
“Nokia” brendi üzərində hüquq sahibi olan “HMD Global” şirkəti “Nokia 2.2” adlı ən ucuz smartfonlarından birini təqdim edib. Sözügedən aparatın qiymətinin ucuz olmasına baxmayaraq aparatda sifət üzrə blokdan çıxartma imkanı nəzərdə tutulub: bu, dərin təlim texnologiyaları əsasında işləyən alqoritmlərin sayəsində mümkün olub.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, süni intellekt texnologiyaları, həmçinin fotoşəkillərin işlənməsində tətbiq edilir: “Nokia 2.2”nin kamerası bir neçə şəkil seriyası çəkərək sonra onları bir şəkildə birləşdirir və nəticədə çoxsaylı detallara malik daha parlaq şəkil alınır.
Yeni model “HD ” təsvir ölçülü 5,71 düymlük displey və “MediaTek A22” prosessoru ilə təchiz edilib. “Nokia 2.2” aparatı “Android 9 Pie” sisteminin idarəetməsi altında işləyir və “Android Q” yeniləməsini dəstəkləyir. “Android One” proqramı çərçivəsində qurğu əməliyyat sistemi yeniləmələrini 2 il, təhlükəsizlik yeniləmələrini isə 3 il ərzində dəstəkləyəcək.
Emil Hüseynov