Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur futbolçu karyerasını bərpa edir

Məşhur futbolçu karyerasını bərpa edir

Tarix: 14 May 2020 20:40

Fransa millisinin sabiq hücumçusu Cibril Sisse peşəkar karyerasını bərpa etməyə qərar verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə veteran hücumçu "La- Provence" nəşrinə açıqlamasında deyib.

38 yaşlı keçmiş forvard bildirib ki, o, özəl hədəfini həyata keçirmək üçün yaşıl meydanlara qayıtmaq istəyir. Məsələ burasındadı ki, Sisse bir müddət öncə Fransa çempionatında 100 qol səddini keçmək istədiyini açıqlamışdı. Bunun üçün də o, özünə komanda axtarır. Təcrübəli forvard hazırda yetirməsi olduğu "Nimes" klubu ilə danışıq apardığını da etiraf edib.

Qeyd edək ki, Sisse karyerası ərzində "Liverpul", "Marsell", "Sanderlend", "Panatinakos" kimi klubların formasını geyinib.

Milli.Az


Etiketlər:  Məşhur futbolçu karyerasını bərpa edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ