Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəsimi camaatı rahat nəfəs ala bilər: Oğru dəstə tutuldu

Nəsimi camaatı rahat nəfəs ala bilər: Oğru dəstə tutuldu

Tarix: 15 May 2020 11:56

Bakıda mənzillərdən oğurluq edən dəstə yaxalanıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Bakı şəhər sakini Anar İmanov Nəsimi rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, mayın 13-də axşam saatlarında evinə gələrkən naməlum şəxslərin onun mənzilinə daxil olmağa cəhd etdiyini görüb. Həmin şəxslər onu görüb hadisə yerindən qaçıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 178-ci (dələduzluq) maddələri ilə məhkum olunan, 2004-cü il təvəllüdlü İlkin Salayev, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə əvvəllər məhkum olunmuş, Qazax rayon sakini, 2005-ci il təvəllüdlü Xəyal Vəliyev və onun qardaşı 2002-ci il təvəllüdlü Oruc Vəliyev saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər mayın 12-də Nəsimi rayonu, Cavadxan küçəsində H.Almirzəyevin evindən pul, bank kartı və 450 manat dəyərində mobil telefon oğurlayıblar.

Faktla bağlı araşdırmalar davam edir.


Etiketlər:  Nəsimi camaatı rahat nəfəs bilər Oğru dəstə tutuldu


RƏYLƏR