Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bunlar dünyada Ermənistanın təcavüzkar dövlət kimi mahiyyətinin ifşa edilməsində təkzibolunmaz gücə malikdir''

''Bunlar dünyada Ermənistanın təcavüzkar dövlət kimi mahiyyətinin ifşa edilməsində təkzibolunmaz gücə malikdir''

Tarix: 15 May 2020 14:39

"Ermənistanın siyasi elitasında təmsil olunan şəxslərin, o cümlədən baş nazir Paşinyanın babasının vaxtı ilə faşist Hitler hakimiyyəti ilə əməkdaşlıq etməsi barədə informasiya, bu dövlətin müasir şəraitdə apardığı təcavüzkar siyasətin mahiyyətini ifadə etmək baxımından çox dəyərlidir".

Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O, Qaregin Njdenin heykəlini inadla müdafiə edən Paşinyanın babasının faşist casusu çıxmasını məntiqi ardıcıllıq adlandırıb:

"Baxmayaraq ki, Paşinyanın çevrəsində olanlar onun babası ilə bağlı bu informasiyanı təkzib edirlər, ancaq belə faktların dalbadal meydana çıxması heç də təsadüfə oxşamır. Xüsusi ilə də o mənada ki, Qaregin Njdenin vaxtı ilə Hitlerə satılması və ona xidmət etməsi ilə bağlı təkzibolunmaz faktlara baxmayaraq, Ermənistanda onun heykəlinin qoyulması və Paşinyanın bu heykəli inadla müdafiə etməsi, eyni zamanda bunun ardınca onun özünün babasının Hitlerlə əməkdaşlığı barədə məlumatların meydana çıxması tamami ilə bir-birini tamamlayır və Ermənistanın hakimiyyətinin apardığı siyasətin mahiyyətində faşizmlə doğmalığın olduğunu sübut edən faktlara çevrilir. Paşinyanın və onun komandasının bu gün Qaregin Njdenin heykəlini inadla müdafiə etmələri əslində Paşinyanın öz babasının vaxtı ilə etdiyi həmin xəyanətə haqq qazandırmaq və onu dolayı yolla müdafiə etmək cəhdidir". 

Ekpert əlavə deib ki, dünya miqyasında faşizmin əbədiləşdirilməsi açıq bəsəşiyyətə qarşı cinayət kimi qiymətləndirilib: 

"Ancaq buna baxmayaraq Ermənistan hakimiyyətinin hələ də faşizmi simvollaşdıran addımlardan rəsmən imtina etməməsi bu ölkənin apardığı təcavüzkar siyasətin mahiyyətini bir daha ortaya qoyur. Əslində Ermənistan müasir dövrdə apardığı təcavüzkar siyasəti ilə onun 75 il əvvəl siyasi, hərbi elitasına daxil olan şəxslərin xəyanəti bir-birini tamamlayan faktlardır və bunlar dünyada Ermənistanın təcavüzkar dövlət kimi mahiyyətinin ifşa edilməsində təkzibolunmaz gücə malikdir".   

Təhməz Təkin


Etiketlər:  Bunlar dünyada Ermənistanın təcavüzkar dövlət kimi mahiyyətinin ifşa edilməsində təkzibolunmaz gücə malikdir


RƏYLƏR