Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş Prokurorluğa yeni şöbə rəisi təyin edildi

Baş Prokurorluğa yeni şöbə rəisi təyin edildi

Tarix: 15 May 2020 17:50

Baş Prokurorluğa yeni şöbə rəisi təyin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Trend-ə verdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin prokuroru Rəhim Səfərəliyev tutduğu vəzifədən azad olunaraq ona Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsinin icrası həvalə olunub.

E.Sultanov həmçinin bildirib ki, R.Səfərəliyev 1992-2013-cü illərdə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsində müxtəlif vəzifələrdə, 2013-2015-ci illərdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində məsləhətçi və sektor müdiri, 2015-ci ildən isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin prokuroru vəzifələrində çalışıb.


Etiketlər:  Baş Prokurorluğa yeni şöbə rəisi təyin edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ