Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda uşaq bağçası və restoranlardan oğurluq edən keçmiş məhkum yaxalandı

Bakıda uşaq bağçası və restoranlardan oğurluq edən keçmiş məhkum yaxalandı

Tarix: 15 May 2020 21:20

Bakıda uşaq bağçası, restoran və "Play Station" salonlarından oğurluq edən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Nəsimi rayonu A.Məhərrəmov küçəsində yerləşən uşaq bağçalarından birindən oğurluq edilib. Belə ki, naməlum şəxs pəncərədən içəri daxil olaraq oradan kompüter avadanlıqları və müşahidə kamerasının yaddaş blokunu oğurlayıb.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Habil Seyidov saxlanılıb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun Nəsimi rayonu A.Məhərrəmov küçəsində yerləşən "Rus Dili Mərkəzi"ndən, həmçinin 3 kafe və 1 "Play Station" salonundan ümumilikdə 4 televizor, oyun aparatları və sair qiymətli əşyalar oğurladığı məlum olub. Habil Seyidov zərərçəkən obyekt sahiblərinə ümumilikdə 10 min manata yaxın maddi ziyan vurub.

Qeyd edilən xüsusatlarla saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Silsilə cinayətlər törətməkdə şübhəli bilinən Habil Seyidov tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Bakıda uşaq bağçası restoranlardan oğurluq edən keçmiş məhkum yaxalandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ