Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhriyar Məmmədyarovdan 3 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə

Şəhriyar Məmmədyarovdan 3 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə

Tarix: 16 May 2020 07:56

FIDE-nin və "chess24.com"un təşkilatçılığı ilə keçirilən blits üzrə onlayn Vilhem Steynits memorialında 6 turun oyunları keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Şəhriyar Məmmədyarov birinci turda çinli Ksiyanci Bu ilə heç-heçə edib. İkinci turda rusiyalı Daniil Dubova, üçüncü turda norveçli dünya çempionu Maqnus Karlsenə uduzan təmsilçimiz son 3 turda ardıcıl qələbə qazanıb. Belə ki, rusiyalı Piter Svidler, vyetnamlı Le Quanq Liem, ABŞ şahmatçısı Cefri Ksionqu məğlub edən Ş.Məmmədyarov xalların sayını 3,5-ə çatdırıb. Ondan yarım xal öndə olan M.Karlsen turnir cədvəlində liderliyi ələ alıb.

Qeyd edək ki, həm açıq turnirdə, həm də qadınların yarışında 10 şahmatçı iki dövrədə mübarizə aparır.

Steynits Memorialı şahmat üzrə ilk rəsmi dünya çempionu Vilhelm Steynitsin xatirəsinə həsr edilib. On səkkiz turdan ibarət yarışın ümumi mükafat fondu 30 min avrodur. Mayın 17-dək davam edəcək turnir "chess24.com" şahmat platformasında oynanılır və birbaşa yayımlanır.

Milli.Az


Etiketlər:  Şəhriyar Məmmədyarovdan qələbə məğlubiyyət heç heçə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ