Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2020 10:56
Ceyranbatan su anbarında batan şəxsin meyiti sudan çıxarılıb.
Sonxeber.net AZƏRTAC-ca istinadən xəbər verir ki, mərhumun Laçın rayonunun Minkənd kəndindən məcburi köçkün, 41 yaşlı Fariz Təhməzov olduğu müəyyənləşib. F.Təhməzovun atası Hidayət Təhməzov 1992-ci ildə Qarabağda gedən döyüşlərdə şəhid olub.
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Abşeron rayonu ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub. Onun ərazidə qoyun otardığı və suya düşən quzunu xilas edərkən göldə boğulduğu bildirilir.
Dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.