Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ailə başçısını itirməyə görə 143 mindən çox ailəyə aylıq pensiya və ya müavinət ödənilir

Ailə başçısını itirməyə görə 143 mindən çox ailəyə aylıq pensiya və ya müavinət ödənilir

Tarix: 16 May 2020 11:09

Bakı. Trend:

Dövlət tərəfindən sosial təminat sistemi ilə əhatə olunan həssas əhali qruplarından biri də ailə başçısını itirmiş ailələrdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, nazirlik tərəfindən ailə başçısını itirməyə görə hazırda 116 min ailəyə aylıq pensiya, 27 min ailəyə isə aylıq müavinət ödənilir.

Ötən il həyata keçirilən sosial islahatlar çərçivəsində digər sosial ödənişlər kimi, ailə başçısını itirməyə görə aylıq müavinətin məbləği də artırılıb, bu məbləğ hər ailə üzvü üçün 80 manata çatdırılıb.

Həmçinin, ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müvafiq qanunvericiliyə dəyişiklik edilib. Bu dəyişikliyə əsasən 2020-ci ilin əvvəlindən həmin ailələrə onlar üçün nəzərdə tutulan sosial təminat növlərindən (ailə başçısını itirməyə görə pensiya və ya müavinət) hansı yüksək məbləğdədirsə, onu seçmək hüququ verilib.


Etiketlər:  Ailə başçısını itirməyə görə mindən çox ailəyə aylıq pensiya müavinət ödənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ