Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2020 12:40
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də 32,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,26 dollar/barel çoxdur.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 31,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,82 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 30,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,94 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 30,19 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,85 dollar/barel çoxdur.