Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gecə üçüncü Qədr gecəsidir

Bu gecə üçüncü Qədr gecəsidir

Tarix: 16 May 2020 14:06

Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (Əhya) gecəsi olacaq.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Sonxeber.net-a verilən məlumata görə, Ramazan ayının ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, yəni mayın 12-dən 13-nə keçən gecəyə, ikinci Qədr gecəsi isə Ramazının 20-ci gününə, yəni mayın 14-dən 15-nə keçən gecəyə təsadüf edib.

Bu gün - Ramazanın 22-ci günü isə üçüncü Qədr gecəsidir.

Qeyd edək ki, Ramazanın 26-cı gününün axşamı da Qədr gecəsi sayılır. Bu il həmin Qədr gecəsi mayın 20-dən 21-nə keçən gecəyə təsadüf edir.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Ramazan (Fitr) bayramıdır.


Etiketlər:  gecə üçüncü Qədr gecəsidir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ