Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2020 20:51
Rusiyada koronavirusa yoluxmuş bəzi xəstələrdə yeni əlamətlər tapılıb.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, həkimlər COVİD-19 xəstələrində müxtəlif dəri səpgiləri müşahidə ediblər. Kommunark Yoluxucu xəstəliklər xəstəxanasının baş həkimi Denis Protsenko deyib ki, COVID-19 xəstələrinin 10 faizində dəri təzahürləri olur. O, daha əvvəl çinli, ingilis həkimlərin bu simptomla qarşılaşdıqları barədə məlumatlar verdiklərini də qeyd edib.
Baş həkim deyib ki, dəri səpkiləri ən çox əllərdə və qarın nahiyəsində müşahidə olunur. Xatırladaq ki, yeni virusun dəri əlamətləri İtaliya və İspaniyada da müşahidə olunub. Yoluxanların ayaqlarında problem (səpgi, göyərmə, yara, qızartı) yarandığı açıqlanmışdı. Ayaqqlarda, barmaqlarda yaranan bu hal koronavirus infeksiyasının əlamətlərindən biri kimi qəbul edilib.
COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən hər beş italiyalıdan birində dəri problemlərin olduğu vurğulanırdı. Əksər hallarda bu simptomun uşaqlarda və yeniyetmələrdə olduğu deyilirdi