Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

5 oyunçu dəyişikliyindən ilk dəfə istifadə olundu - Bundesliqada

5 oyunçu dəyişikliyindən ilk dəfə istifadə olundu - Bundesliqada

Tarix: 16 May 2020 21:02

Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) dekabrın 31-nə kimi matçlar zamanı icazə verdiyi 5 oyunçu dəyişikliyindən ilk dəfə bu gün Bundesliqada istifadə olunub.

Qol.az xəbər verir ki, bu gün keçirilən 26-cı turun 5 matçında bəzi komandalar bundan istifadə edib.

Bu gün keçirilən 5 matçda oyunçu dəyişikliyi sayı

"Fortuna" (4 oyunçu dəyişikliyi) - "Paderborn" (5 oyunçu dəyişikliyi)

"Leyptsiq" (3) - "Frayburq" (4)

"Auqsburq" (4) - "Volfsburq" (3)

"Borussiya" Dortmund (4) - "Şalke" (5)

"Hoffenhaym" (4) - "Herta" (5)

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən dayandırılmış və 31 dekabr 2020-ci il tarixinədək oynanılacaq turnirlərdə hər komandaya hər matçda beş əvəzləmə etmək icazəsi verilib. Əlavə vaxt itkisindən qaçmaq üçün əvəzetmələrin 3-ü oyun, 2-i isə fasilə vaxtı reallaşmalıdır.

 


Etiketlər:  oyunçu dəyişikliyindən dəfə istifadə olundu Bundesliqada


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ