Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2020 21:20
Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində daha 41 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 096 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 610 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 148 067 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 2 004 olmaqla 108 137 nəfər təşkil edir.