Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 11:18
Xəbər verdiyimiz kimi, "Herta"nın futbolçuları Almaniya Bundesliqasının 26-cı turunda "Hoffenhaym"la oyunda (3:0) sosial məsafə qaydalarını pozublar.
Qol.az xəbər verir ki, Berlin təmsilçisinin müdafiəçisi Dedrik Boyata ikinci hissədə rəqibin avtoqolundan sonra sevincini bölüşərkən komanda yoldaşı Marko Qruiçi öpüb. Bəzi digər futbolçular da bir-birilərini qucaqlayıblar.
Mövsüm bərpa olunanda Almaniya Futbol İttifaqı (AFİ) futbolçulara tövsiyə edib ki, qol vurulan zaman sosial məsafəni gözləsinlər, qucaqlaşmasınlar və komanda yoldaşlarını öpməsinlər.
Bəs, “Herta”lı futbolçuların bu addımından sonra AFİ hansısa qərar verəcəkmi?
Qurumdan Almaniya mediasına bildirilib ki, qol sevinci zamanı qaydaların pozulmasına görə hər hansı cəza tətbiq edilməyəcək. Bununla belə, AFİ bir daha bütün oyunçuları sosial qaydalara riayət etməyə çağırıb.