Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 12:26
“Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Haaland bundesliqanın dünən bərpa olunan 26-cı turunun matçında qol vurmaqda davam edib.
Qol.az xəbər verir ki, norveçli futbolçu “Şalke”yə qalib gəldikləri oyunda (4:0) komandasının ilk qolunun müəllifi olub. Bununla da o, hazırkı çempionatda qol sayını 10-na çatdırıb.
Oyundan sonra Bundesliqanın saytına açıqlama verən 19 yaşlı futbolçu deyib: “Təbii olaraq, əvvəlki formamda deyiləm. Həftələrdir oyun keçirmədim. Amma bu müddətdə fəal şəkildə məşq etmişəm. Ona görə də qol vurduğuma təəccüblənmədim”.