Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Apple “Dark Sky” hava proqnozu tətbiqini alır

Apple “Dark Sky” hava proqnozu tətbiqini alır

Tarix: 17 May 2020 19:56

Məhşur hava proqnozu olan Dark Sky tətbiqinin komandası artıq Apple şirkətində çalışacaq. Belə ki, Apple həmin layihəni alıb.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, Dark Sky-ın məlumatlarından Carrot Weather, Google Chrome hava göstəriciləri, DuckDuckGo alternativ axtarış motoru və hətta Microsoft istifadə edirlər.

Dark Sky-ın Android versiyası da Google Play-dən artıq silinir və 2020-ci ilin 1 iyul tarixindən fəaliyyətini tam dayandıracaq. İOS- versiya isə hələ ki, App Store-da keçərlidir, amma görünür ki,  "Apple" Dark Sky komandasının işlərini iPhone-nun hava proqnozu tətbiqinə keçirmək niyyətindədir.

Dizyner Parker Ortolani-nin fantaziyasına görə, Apple Dark Sky-ı aldıqdan sonra iPhone-larda hava proqnozu tətbiqi belə görünə bilər

Milli.Az


Etiketlər:  Apple Dark Sky hava proqnozu tətbiqini alır


RƏYLƏR