Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 20:08
"Microsoft" korporasiyası "Windows 10" əməliyyat sisteminin 32 bitlik versiyasından imtina edir. "Windows 10" sisteminin 2004 versiyasının buraxılışından başlayaraq, şirkət daha 32 bitlik versiya təklif etməyəcək.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, bu dəyişiklik artıq əməliyyat sisteminin 32 bitlik versiyası quraşdırılmış mövcud kompüterlərə təsir etməyəcək. Bundan başqa, "Microsoft"un rəsmisi bildirib ki, şirkət hələ başqa kanallar vasitəsilə 32 bitlik quraşdırmaları təklif etmək niyyətindədir.
Yeni fərdi kompüterlərdə 32 bitlik versiyadan imtina son istehlakçılara elə ciddi təsir etməyəcək. Müasir prosessorlar 64 bitlikdir, 32 bitlik çiplərə və kompüterlərə tələbat, demək olar, mövcud deyil.