Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində restoran sahibləri qadağaya etiraz ediblər

Çində restoran sahibləri qadağaya etiraz ediblər

Tarix: 17 May 2020 23:40

Çinin bəzi əyalətlərində it və pişik ətlərinin qadağan edilməsindən sonra bəzi restoran sahibləri şikayət etməyə başlayıblar.

Çində bir çox restoran sahibi it ətinin qadağan edilməsi ilə müştərilərinin 30-40 faizini itirdiklərini bildiriblər. Bu cür restoranlardan biri tərəfindən verilən bəzi açıqlamalar isə insanlar arasında birmənalı qarşılanmayıb. Adının açıqlanmasını istəməyən restoran direktoru əksər müştərilərinin sırf it əti yemək üçün gəldiyini vurğulayıb:
"İtləri doğulduğu vaxtlardan bəsləməyə başlayırıq. Bir çox müştərilərimiz var ki, xüsusilə küçük əti yemək üçün bura gəlir. İndi it ətinin satışına qadağa gəlib. Biz bu səbəblə müştərilərimizi itirəcəyik".


Etiketlər:  Çində restoran sahibləri qadağaya etiraz ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ