Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldodan atmacalı paylaşım - ''Yalnız bir nəfər''

Ronaldodan atmacalı paylaşım - ''Yalnız bir nəfər''

Tarix: 22 Aprel 2019 18:48

"Yuventus"un hücumçusu Kriştianu Ronaldo atmacalı paylaşım edib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Turin klubunun heyətində A Seriyasının qalibi olmaqla, üç ölkədə - İngiltərə, İspaniya və İtaliyada çempionluq yaşayan ilk futbolçu kimi tarixə düşən portuqaliyalı superulduz qazandığı uğuru şəxsi "İnstaqram" hesabında "Yalnız bir nəfər" başlığı ilə paylaşıb. 34 yaşlı futbolçu fotonun altında sözügedən ölkələrin bayraqlarını da qeyd edib. O, bununla futbolda heç kimin edə bilmədiyini bacardığına işarə vurub.

Qeyd edək ki, Ronaldo "Yuventus"dan əvvəl "Mançester Yunayted" və "Real"ın heyətində də ölkə çempionu olub.

 


Etiketlər:  Ronaldodan atmacalı paylaşım Yalnız nəfər


RƏYLƏR