Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 14:10
"Arsenal" klubu koronavirus pandemiyasına görə dayandırdığı məşqləri bərpa etməyə hazırlaşır.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, London təmsilçisinin kollektivi qarşıdakı 24 saat ərzində koronavirus testindən keçiriləcək.
Bütün tesrlər qənaətbəxş olsa, paytaxt klubu mayın 20-dən etibarən məşqlərə başlayacaq. Lakin komanda üzvləri kiçik qruplar halında, gigiyenik qaydalara əməl etmək şərtilə məşq edə biləcəklər.
Qeyd edək ki, koronavirusa görə dayandırılan İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün nə vaxt bərpa olunacağı hələ bəlli deyil.