Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 14:16
Bakı. Trend:
İspaniyada beynəlxalq aviareysləri qəbul edə bilən hava limanlarının sayı artırılıb.
Trend-in məlumatına görə, bunu ölkənin nəqliyyat naziri Xose Luis Abalos deyib.
Qeyd olunur ki, ötən həftə İspaniya hökuməti beş aeroportun beynəlxalq reysləri qəbul edəcəyi barədə qərar verib. Bu qərar Madrid, Barselona, Qran-Kanariya, Malaqa və Palma-de-Malyorka hava limanlarına şamil olunub.
Bununla belə, yeni qərara əsasən, daha 8 şəhərin, o cümlədən Sevilya, Valensiya, İbisa şəhərlərinin hava limanları beynəlxalq reysləri qəbul edəcək.
Qeyd edək ki, mayın 15-dən başlayaraq İspaniyaya gələn əcnəbilər ikihəftəlik karantinə alınmalıdır.
Bu günədək ölkədə 277 mindən çox şəxs koronavirusa yoluxub, 27 650 nəfər ölüb.