Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 17:48
“Bu nə bir öpüş, nə də sevinc göstəricisi idi. Əllərimi Marko Qruiçin üzünə vurduğum üçün üzr istəyirəm. Ona cərimə zərbəsi ilə bağlı takitakı izah edirdim”.
Qol.az xəbər verir ki, bu sözləri “Herta”nın futbolçusu Dedrik Boyata Almaniya mətbuatına açıqlamasında deyib.
Belçikalı müdafiəçi Bundesliqanın 26-cı turunda “Hoffenhaym”la görüşdə qol sevincini bölüşərkən komanda yoldaşını öpməsini əks etdirən şəklin düzgün anlaşılmadığını bildirib: “Belə bir durumda oynayarkən mütləq diqqətli olmalıyıq. Necə oynamağımıza və necə sevinməyimizə diqqət etməliyik. Bu vəziyyətə uyğun hərəkət etməliyik”.