Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda xüsusi həkim qrupları tərəfindən bütün tibb müəssisələrinə baxış keçirilir

Azərbaycanda xüsusi həkim qrupları tərəfindən bütün tibb müəssisələrinə baxış keçirilir

Tarix: 18 May 2020 18:12

Bakı. İlhamə İsabalayeva - Trend:

Xüsusi həkim qrupları tərəfindən bütün tibb müəssisələrinə baxış keçirilir.

Trend-in məlumatına görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, infeksion nəzarəti gücləndirmək üçün tibb müəssisələrində işlər aparılır:

“Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında aparılan işlər də bunun bir hissəsidir. Hazırda bizim xüsusi həkim qruplarımız bütün xəstəxanalara baxış keçirir. Bunu hər dəfə ayrı-ayrı xəstəxanada edirik, lakin bu barədə mütəmadi olaraq məlumat yaymaq mümkün deyil. Həmin işlər zamanı hansısa şöbənin bağlanması, xəstəxananın fəaliyyətinin məhdudlaşdırılması normaldır. Nəzərə alaq ki, Respublika Klinik Xəstəxanasına bütün bölgələrdən ağır xəstələr daxil olur. Başqa xəstəxanalarda da belə hal olacaq. Bu, xüsusi hal kimi qəbul edilməlidir”.

Y.Qarayeva əlavə edib ki, bu günə qədər Azərbaycanda tibb işçiləri arasında koronavirusa yoluxma halları xüsusi pandemiya xəstəxanalarında baş verməyib. Bu hallar kənar xəstəxanalarda qeydə alınır.


Etiketlər:  Azərbaycanda xüsusi həkim qrupları tərəfindən bütün tibb müəssisələrinə baxış keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ