Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 20:20
Bakı. Trend:
ABŞ-da koronavirusla bağlı vəziyyətin yaxşılaşması fonunda amerikalılarda böyük evlər almağa maraq yaranıb.
Trend-in məlumatına görə, ötən həftə ərzində iriölçülü, elit evlər almaq üçün müraciət edən vətəndaşların sayı ekspertlərin gözlədiyindən 5,5 faiz daha çox artıb. Bu cür artım aprel ayından etibarən hər həftə qeydə alınıb.
Bundan başqa, müştəri tapılmadığı üçün daşınmaz əmlakı satışdan çıxaran mülk sahiblərinın sayı azalıb. Mütəxəssislər qeyd edir ki, satıcılar iqtisadi qeyri-müəyyənlik fonunda daşınmaz əmlakı daha tez satmağa çalışır.