Tarix: 8 Iyun 2019 16:04
"Xüsusilə ilk hissədə rəqib bizə narahatlıq yaratdı. Onlar yaxşı müdafiə olundular və nəticədə qol da vurdular".Qol.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin yarımmüdafiəçisi Yan Qrequş İordaniya ilə yoldaşlıq oyunundan (5:1) sonra yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. Dünənki matçda penaltidən komandasının 3-cü qoluna imza atan 28 yaşlı futbolçu iyunun 8-da Bakıda millimizə qarşı keçirəcəkləri görüşə də toxunub:
"Penaltini vurmaq üçün məsuliyyəti üzərimə götürdüm və topu qapıya göndərdim. Şadam ki, zərbəm dəqiq alındı. Aəzrbaycanla oyuna gəlincə, düşünürəm ki, onlar da İordaniya kimi əsaən müdafiədən oynayacaqlar. Hesab edirəm ki, bu rəqibə də qol vurub, qələbə qazana bilərik".
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-da başlayacaq.