Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 05:20
Bakı. Trend:
Ukraynanın sabiq prezidenti Petro Poroşenkoya qarşı "Dövlətə xəyanət" və "Hakimiyyətdən və ya xidməti vəzifədən sui-istifadə" maddələri üzrə cinayət işi açılıb.
Trend-in "REN TV"yə istinadən verdiy məlumata görə, bu barədə "Ukrainskaya pravda" nəşrinə Baş prokurorun ofisindən bildiriblər.
Bildirilir ki, istintaq P.Poroşenkoya, ABŞ prezidenti vəzifəsinə namizəd Co Baydenə və ABŞ-ın sabiq dövlət katibi Con Kerriyə aid olduğu ehtimal edilən səs yazısının yayılmasından sonra başlayıb.
Qeyd edilir ki, səs yazısında guya C.Bayden "Burisma" işinə görə P.Poroşenkoya baş prokuror Viktor Şokini işdən çıxarmağı tövsiyə edir.