Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azər Talıbov Rusiya İqtisadi inkişaf nazirinin müavini vəzifəsindən azad edildi

Azər Talıbov Rusiya İqtisadi inkişaf nazirinin müavini vəzifəsindən azad edildi

Tarix: 20 May 2020 14:24

Bakı. Trend:

Azər Talıbov Rusiya İqtisadi inkişaf nazirinin müavini vəzifəsindən azad edilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Mixail Mişustin müvafiq sərəncam imzalayıb.

Qeyd olunur ki, A.Talıbov öz xahişi ilə azad olunub.

Azər Talıbov 2017-ci ilin yanvarında İqtisadi inkişaf nazirinin müavini təyin olunub. Bundan əvvəl o, Rusiya Bankı sədrinin katibliyinin rəhbəri və Rusiya prezidenti köməkçisinin aparat rəhbəri vəzifələrində işləyib.


Etiketlər:  Azər Talıbov Rusiya İqtisadi inkişaf nazirinin müavini vəzifəsindən azad edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ